AZADLIQ ATƏŞİNİN TABUTA SIĞMAYAN CƏSUR ZABİTİ

0
520

Polad Həşimov Azadlıq atəşin yandıran Türk dünyasının qəhrəman oğullarından biridir. Ömrünü hərbə həsr edən qəhrəmanımız general-leytenant rütbəsinə qədər ucalmışdır. Ona görə də onlarla medallarla təltif olunmuşdu. Belə medallardan birini də ölümündən sonra Türkiyə dövləti tərəfində almışdır. Medal Polad Həşimovun anası Səmayə anaya təqdim olunmuşdu. Türklərin belə bir sözü var, “övlad ananın əsəridir”. Elə ona görə də medal yalnız anaya təqdim olunub.
Medalı anaya təqdim edən Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar olumuşdu.

Azadlıq Atəşin sönməyən məşəli gurnalı böyük bir hissəsi Polad Həşimova və bu tədbirə həsr olunub.

Tədbir Türkiyənin Başkənd Ankara şəhərində keçirilib.

Tədbir təntənəli surətdə qeyd olunub. Tədbirdə göstərdiyi siyasi fəaliyyətinə görə, türkcülük ideologiyalarına görə Ersin Tatara da , siyasi xadimlərə, millət vəkillərinə bu medallar təqdim olunub

Klavarasiya təşkilatının rəhbəri Hikmət Ərən, Nazim Koşar, Məhamməd Sıddıq Qılınc və digər insanların iştirakı ilə böyük tədbir keçirilib.

Xalqımızın igid qəhrəman oğulları tarix yazdı.

Bu millət qəhrəmanlıqda oldugu qədər qabiliyyət və ləyaqətdə də bütün millətlərdən üstündür.
Bu millət gözünü qırpmadan vətən uğrunda canını verməyə hazır olmasaydı ,heç bir qələbə əldə edə bilməzdi.
Allah rəhmət eləsin Şəhidlərimizə 🇦🇿.

Təranə Alməmmədova

İctimai Nəzarət təşkilatının Qəbələ rayon numayəndliyi rəhbəri.