İNT-də gərgin iş günü

0
495

Bu gün İctimai Nəzarət Təşkilatında yeni həftə həmişə olduğu kimi gərgin iş günü ilə başladı. Əsasən şikayətçilərin təşkilata axını hələ də məmur özbaşınalığının olduğunu, dələduzların cəzasız qalmağını və cəmiyyətə ictimai nəzarətin lazım və vacib olduğunu göstərir. Məhz bu səbəbdən cənab prezident son çıxışında xüsusilə vurğuladı ki, hər birimiz çalışmalıyıq ictimai nəzarət gücləndirilsin. Əfsuslar olsun ki, hələ də məmurlar, dələduz işbazlar ictimai nəzarətin nəzərindən yayınıb öz pis əməllərini davam etdirirlər.
Bu gün bir qrup şikayətçi İctimai Nəzarət Təşkilatının mərkəzi qərərgahına gələrək öz şikayətlərini bildirdilər. Beləki, onlar “Əzizbəy KM”MMC-dən yeni tikilməkdə olan binadan mənzil alıblar. Amma bina tikilincə məlum olub ki, 1 mənzil bir neçə sakinə satılıb. Mənzillərinin pulunu versələr də onlar öz əmlaklarına sahib ola bilmirlər. Bu gün İctimai Nəzarət Təşkilatının cəmiyyətdə olan nüfuzu sadə vətəndaşın diqqətindən yayınmır.
Bununla yanaşı bu gün bir qrup vətəndaş təşkilata üzv olmaq üçün müraciət etdilər. Onların da məqsədi cəmiyyətdə ictimai nəzarətçi olub prezidentin çağırışını dəstəkləmək idi.
Biz də İctimai Nəzarət Təşkilatının kollektivi olaraq yeni üzvlərə uğurlar arzulayırıq.

Sevinc Muradova
İNT Mətbuat xidmətinin əməkdaşı.