Karantin müddətinin azaldılma səbəbi AÇIQLANDI

0
319

Azərbaycanda bu gündən etibarən test nəticəsi pozitiv olan şəxslərin və onlarla sıx təmasda olmuş şəxslərin təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.

Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib:

“Çünki son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də ABŞ-da xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi”.

F.Sədirov onu da əlavə edib ki, yeni qərarın verilməsi “Omikron” ştammı ilə əlaqədardır: 

“Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.