Baş prokuror: “Rüşvət cinayətləri iki dəfə artıb”

0
284

“Tabeli prokurorluq orqanlarında cinayət işlərinin dinamikasına baxsaq, 2021-ci ildə 2 601 iş başlanıb. 2020-ci ildə bu rəqəm 2 706, 2019-cu ildə isə 3 024 olub”.

Bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, 2021-ci ildə başlanılan işlərin 633-ü məhkəmə orqanlarına göndərilib:

“2020-ci ildə məhkəməyə göndərilən işlərin sayı 562 olub. Rayon prokurorluqlarında xitam verilən işlərdə də artım müşahidə edilir. Belə ki, xitamlar əsasən ziyanın ödənilməsi ilə bağlıdır”.

“Respublika üzrə məhkəməyə göndərilmiş korrupsiya cinayətləri və qulluq mənafeyindən istifadə etmə ilə törədilən cinayət işlərinin statistikası aparılıb. Rayon prokurorluqları tərəfindən əvvəlki dövrdə bu kateqoriyadan olan cinayətlərin sayı sıfıra bərabər olub. Artıq belə işlərin sayı rayonlarda çoxalıb. Bunun nəticəsidir ki 2021-ci ildə 59 ümumi vəzifə cinayətləri (CM 308-309 maddələri) olub. 2020-ci ildə bu rəqəm 27 olub, 2019-cu ildə isə bu cinayətlərin sayı 33 olub. Rüşvətalma və rüşvətvermə cinayətləri faktiki olaraq iki dəfə artıb. Bizim bir sıra rayon prokurorluqları kifayət qədər aktivdirlər və faktlarla bağlı istintaq apararaq işləri məhkəməyə göndəriblər”, – deyə baş prokuror qeyd edib.