Bağçada azyaşlıya şiddət göstərən tərbiyəçi ilə bağlı yeni AÇIQLAMA + VİDEO

0
392

“İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsi ilə əlaqədar toplanan ilkin materiallar rayon polis şöbəsinin istintaq bölməsinə verilib”.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, tədqiqat bölməsində ilkin araşdırma aparılıb:

“Bağçada çalışanların və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır. Araşdırma davam etdirilir”.

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova azyaşlı uşağa qarşı şiddət göstərib.

Z.Baxışova işdən çıxarılıb.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

//baku.tv/az/dunyaa/49095/