“Bu qadınlar susmaqdan, hər kəsi razı salmaqdan və şəxsi sərhədlərini qorumaqdan imtina edərək sosial stereotipləri dəyişirlər…”
Son illərdə 1979-1996-cı illərdə doğulan qadınlar tez-tez “aqressiv” və ya “çox emosional” nəsil kimi təqdim olunur. Lakin psixoloqlar bu yanaşmanın yanlış olduğunu bildirir və vurğulayırlar ki, bu dəyişiklik aqressiya deyil, sosial və psixoloji transformasiyanın nəticəsidir.
Bu barədə “Your Tango” nəşri yazıb.
Susqunluqdan çıxış və emosiyaların açıq ifadəsi
Məqalədə qeyd olunur ki, uzun illər qadınlardan susmaq, öz hisslərini gizlətmək və başqalarının gözləntilərinə uyğun yaşamaq tələb olunub. Bu model xüsusilə emosiyaların, xüsusilə də qəzəbin boğulmasına səbəb olub.
Lakin 1979-1996-cı illərdə doğulan qadınlar artıq bu yanaşmanı dəyişir. Onlar emosiyalarını açıq şəkildə ifadə edir və uzun illər gizlədilən hissləri geri qaytarırlar. Psixoloqların fikrincə, bu, sağlam psixoloji inkişafın vacib mərhələsidir və insanın özünü daha yaxşı dərk etməsinə gətirib çıxarır.
Şəxsi sərhədlər və “yox” demək mədəniyyəti
Bu nəslin qadınları üçün ən xarakterik dəyişikliklərdən biri şəxsi sərhədlərin daha qəti şəkildə müəyyənləşdirilməsidir. Onlar artıq başqalarını razı salmaq üçün öz ehtiyaclarını arxa plana keçirmirlər. “Yox” demək bacarığı onların həyatında əsas davranış modelinə çevrilib. Bu isə bəzən kənardan aqressivlik kimi qəbul edilir.
Halbuki mütəxəssislər bunu özünü qoruma və sağlam münasibət qurma forması kimi izah edirlər. Klinik psixoloq Cennifer Kromberqin fikrincə, insanlar çox vaxt uşaqlıqda öyrəndikləri ailə rollarını böyüyəndə də davam etdirirlər, lakin bu qadınlar həmin dövrü qırmağa çalışırlar.
“Stereotiplərin dağılması və yeni qadın modeli
Bu nəslin qadınları öz fikirlərini açıq ifadə edir, uğurlarını gizlətmir və sosial təzyiqə uyğunlaşmağa çalışmır. Bu davranış isə ənənəvi baxışlara sahib insanlar tərəfindən bəzən yanlış olaraq “aqressiya” kimi etiketlənir.
Əslində isə söhbət daha müstəqil, özünəinamlı və emosional baxımdan sağlam bir qadın modelinin formalaşmasından gedir. Onlar artıq “hamını razı salmaq” və konfliktləri daşımaq rolundan imtina edərək öz rifahlarını prioritetə çevirirlər. Ekspertlər hesab edir ki, bu dəyişiklik təkcə fərdi yox, həm də geniş sosial transformasiyanın göstəricisidir.




