Rusiyalı alimlər qaraciyər xərçənginin müalicəsi üçün, həmçinin metastazların terapiyasında istifadə oluna biləcək radiome preparat hazırlayıblar.
Bu barədə Rusiya Federal Əqli Mülkiyyət Xidmətinin (Rospatent) rəhbəri Yuri Zubov bildirib.
O, hazırlanan dərman barədə Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə danışıb. Baş nazir tibb və əczaçılığın “Rospatent”ə daxil olan patent müraciətlərinin sayına görə ən aparıcı istiqamətlərdən olduğunu və bu sahənin böyük ixrac potensialına malik olduğunu qeyd edib.
Yuri Zubovun sözlərinə görə, preparat Rusiya Səhiyyə Nazirliyinin Milli Radiologiya Tibbi Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Dərman qaraciyər xərçənginin müalicəsində istifadə olunmaqla yanaşı, xəstəliyin metastazlarına qarşı terapiyada da tətbiq edilə bilər.
Yeni preparatın digər xüsusiyyətləri və klinik praktikada nə vaxt tətbiq olunacağı barədə məlumat verilməyib.



