Azərbaycanda ölmüş heyvanların və bioloji tullantıların zərərsizləşdirilməsi məqsədilə xüsusi utilizasiya müəssisələrinin yaradılması nəzərdə tutulub.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, utilizasiya müəssisələrinin qurulması üzrə qabaqcıl beynəlxalq təcrübə araşdırılacaq, fermerlər və sahibkarlar bu sahədəki müasir modellər barədə maarifləndiriləcəklər. Eyni zamanda, bioloji tullantıların utilizasiyası obyektlərinin yaradılması və layihələndirilməsi ilə bağlı sahibkarlıq subyektlərindən daxil olan müraciətlər də müvafiq qurumlar tərəfindən qiymətləndiriləcək.
Proqrama əsasən, 2027–2032-ci illəri əhatə edən bu tədbirin icrası Qida Təhlükəsizliyi Agentliyi (AQTA), İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.



