İspaniya Parlamentində “Meta” şirkətinin istifadəçilərinin hesablarını izlədiyi iddiaları ilə bağlı başlanan istintaq çərçivəsində yeni addım atılıb.
Ölkənin Sosialist İşçi Partiyası (PSOE) şirkətin rəhbəri Mark Zukerberqi milyonlarla istifadəçinin mobil telefonlarını izlədiyi iddiası ilə bağlı açıqlama verməsi üçün İspaniya Parlamentinə çağırıb.
PSOE həmçinin, Parlament Sədrliyindən “Meta” şirkətinin əməliyyat meneceri Xavyer Olivan, İspaniya və Portuqaliya üzrə ictimaiyyətlə əlaqələr meneceri Xose Luis Zimmermannın da sözügedən istintaqla bağlı Parlamentdə açıqlama verməsi üçün çağırılmasını xahiş edib.




