XİN: Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün səylərimiz davam edəcək

0
178

30 il ərzində Ermənistan hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə törədilmiş cinayətlər beynəlxalq aləm qarşısında adıçəkilən ölkənin məsuliyyətsiz davranışıdır.

Bunu Gəncədə səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Elnur Məmmədov bildirib ki, hələ Birinci Qarabağ müharibəsində Xocalıda Azərbaycan xalqına, mülki şəxslərə, dinc əhaliyə qarşı törədilmiş qəddarlıqlar, soyqırımı və digər cinayətlər Ermənistan tərəfindən bu günə kimi inkar edilir.

“Ermənistanın hərbi-siyasi rəhbərliyi törədilmiş bu cinayətlərə görə heç bir məsuliyyəti öz üzərinə götürmür. Azərbaycan XİN tərəfindən dəfələrlə bu məsələ ilə bağlı Ermənistan beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətli davranışa çağırılıb, törədilmiş cinayətlərə görə məsuliyyəti qəbul edib təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsin məsələsini qaldırmışıq. Bundan sonra da bu istiqamətdə səylərimiz davam etdiriləcək”, – nazir müavini qeyd edib.