İranın xarici işlər naziri Abbas Əraqçi ali dini lider Əli Xameneinin məktubunu Rusiya prezidenti Vladimir Putinə təqdim edəcək.
Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
“İranın xarici işlər naziri Abbas Əraqçi Xameneinin dəstək istəməsi ilə bağlı məktubunu Putinə çatdırmalıdır”, – məlumatda bildirilir.
Bundan əvvəl İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, İran Rusiyadan ikitərəfli strateji tərəfdaşlığa əsaslanan rol oynamasını gözləyir.




