Texas üzərində yaşıl şleyf: Meteoritin düşməsindən yaranan möhtəşəm səma şousu görüntüləndi

“Geminid” meteor axınının piki ərəfəsində ABŞ-nin Texas ştatı sakinləri gecə səmasını işıqlandıran və dərhal atmosferdə yanıb yox olan, parlaq və yaşıl meteoritin düşməsinin yaratdığı möhtəşəm görüntünün şahidi olublar.

Bildirilir ki, “Geminid”in aktivliyi 13-14 dekabr tarixlərində pik həddə çatacaq və o zaman saatda 150-yə qədər “axan ulduz”u müşahidə etmək mümkün olacaq. Bu axının özünəməxsusluğu müxtəlif kimyəvi elementlərin atmosferdə yanması nəticəsində yaranan rəngarəng parıltılardır.