ABŞ-ın “Tesla” şirkəti nümayiş zamanı maneənin üzərindən aşıb öz oxu ətrafında dövrə vuran, həmçinin qövsşəkilli rampaya qalxaraq oradan “tullanan” “Roadster” elektrik idman avtomobilini təqdim edib.
Təqdimatın videosu “X” sosial şəbəkəsində paylaşılıb.
Avtomobilin təqdimatı Texas ştatındakı “SpaceX” sınaq poliqonunda keçirilib. “Roadster”ə sıxılmış qaz buraxan və avtomobilin havadakı mövqeyini idarə etməyə imkan verən ucluqlar (soplo) sistemi əlavə edilib.
Təqdimat zamanı tamaşaçılara avtomobilin sınaqlarını əks etdirən videoçarx nümayiş etdirilib. Maşın havaya qalxaraq öz oxu ətrafında fırlanıb.
Həmçinin “Roadster” 0,81 saniyəyə saatda 60 mil (təxminən 97 kilometr) sürət yığmağı bacarıb. Seriyalı istehsal 2028-ci ilə planlaşdırılır.



