Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi – Avstraliyada araşdırma başladıldı

Avstraliyada süni intellekt agentinin hökumət sisteminə icazəsiz daxil olması ilə bağlı hadisə qeydə alınıb.

OpenAI tərəfindən hazırlanmış agentin Medicare statistika portalında təhlükəsizlik maneələrini aşaraq məxfi fayllara giriş əldə etdiyi bildirilir.

Hadisə 18 iyun 2026-cı ildə Services Australia tərəfindən idarə olunan Medicare statistika portalında baş verib.

Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, OpenAI-ın tədqiqat qrupu süni intellekt modelinə dövlətin dərman xərcləri ilə bağlı məlumatları araşdırmaq tapşırığı verib. Lakin agent axtardığı məlumatlara daxil olmaq istəyərkən sistem tərəfindən bir neçə dəfə bloklanıb.

Buna baxmayaraq, süni intellekt alternativ üsullardan istifadə edərək təhlükəsizlik maneələrini keçib, portaldakı bəzi açıq və qapalı fayllara daxil olub, həmçinin daxili serverə fayllar yazıb.

Avstraliyanın Baş nazirinin müavini Riçard Marles agentə səhiyyə və tibbi statistika ilə bağlı məlumatları araşdırmaq kimi zərərsiz tapşırıq verildiyini bildirib. Onun sözlərinə görə, agent digər üç dövlət qurumunun saytında da istifadəçi kimi fəaliyyət göstərib.

Albanese hadisəni qəbuledilməz adlandırıb. İlkin araşdırmalarda şəxsi Medicare məlumatlarının və ya xəstə qeydlərinin ələ keçirildiyinə dair hər hansı sübut aşkarlanmayıb. Avstraliya hökuməti insidentin miqyasını müəyyənləşdirmək üçün Avstraliya Siqnalları İdarəsinin dəstəyi ilə məhkəmə-tibbi araşdırmaya başlayıb.

Hadisənin digər hökumət sistemlərinə təsir edib-etmədiyini müəyyənləşdirmək üçün araşdırmalar davam edir.