Siyasət bir termin və anlayış olaraq eramızdan əvvəl V əsrdə Qədim Yunanıstanda yaranıb. Lakin insanların birgə yaşayışını idarə etmək fəaliyyəti kimi onun tarixi daha qədimdir.
İlk dövrlərdə idarəetmə yazılmamış adətlərə və qəbilə başçılarının nüfuzuna əsaslanırdı.
Eramızdan əvvəl IV-III minilliklərdə Misir, Mesopotamiya kimi ilk dövlətlərlə birlikdə sinfi idarəetmə formalaşdı.
Eramızdan əvvəl V əsrdə Qədim Yunanıstanda şəhər-dövlətlərin idarə edilməsi sənətinə “siyasət” adı verildi.
Filosof Aristotel eramızdan əvvəl IV əsrdə yazdığı “Siyasət” əsəri ilə bu sahənin elmi əsasını qoydu.
Siyasət haqda indiyə qədər bizə çatdırılan bu və digər məlumatlar onun hazırki durumu ilə nə dərəcədə uzlaşır?
Məncə indiki siyasət idarəetmənin fərdi anlayışlarına, idrakına və zirvə ehtirasına əsaslanır.
Yaşayışımızın hər bir sahəsi siyasi nəzarət altındadır və siyasi durumlardan asılıdır.
İnsanların 90%-i siyasi durumlara, xəbərlərə meyillidir.
Çörək pulunu güclə qazananlar siyasi məlumatlara ehtiraslıdır.
Siyasi durumlardan razı olan necə, varmı?
Bu, çox çətin sualdır. Çünki bu durumlar hər an dəyişir.
Bütün dövlətlərin siyasi durumu ölkə daxili social, iqtisadi vəziyyət və dünya ölkələrinin bir-birindən asılılıq “karvanının” silkələnməsi ilə dəyişir.
Dünya lideri olmaq arzusu əsrlər boyu hakimiyyət hərislərinin siyasət simvolunun əsasını təşkil edib.
Məhəmməd Qəddafinin yaratdığı Liviya dünyanın yeganə super humanist dövləti olmuşdu. Amma ABŞ və Avropa liderləri birləşib onu məhv etdi.
Niyə? Çünki dolların məhvi yaxınlaşırdı.
Liviyaya axışan insanlar onu dünya lideri edəcəkdi.
Bəli, bütün insanların bərabər yaşaması bu dəfə də mümkün olmadı.
Siyasi liderlərin hakimiyyət təlaşı əsrlər boyu yalan, xəyanət, qırğın, zülüm yollarını açaraq, bərabər yaşam anlayışına və arzusuna son qoymuşdur.
Dünyanı xilas edəcək bir çox elmi tapıntıların müəllifləri də yoxa çıxmışdır.
Dünyanı idarə edən siyasətin müəllifi və hakimi kimdir?
O da hələ tapılmayıb…
Sənubər Səhər



