Ukrayna Rusiyanın bir sıra bölgələrinə dron və raketlərlə hücum edib.
Hücumlar nəticəsində Samara vilayətinin Sızran şəhərində, Rosneft şirkətinə məxsus neft emalı zavodundakı neft məhsulları saxlama çənlərində yanğın başlayıb.
Eyni zamanda hərbi təyyarələri təmir edən və modernləşdirən Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinə də zərbələr endirilib.
Volqoqrad vilayətindəki “Sebryakovsement” ASC zavodu bir sıra partlayışlardan sonra tüstüyə qərq olub. Zavod sement və quru tikinti qarışıqları istehsalında ixtisaslaşıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə Taqanroqda Ozon kompleksinin yandığına dair məlumat yayıb. Sonradan məlum olub ki, hədəf Ozon-un öz mallarını saxlamaq üçün kirayə götürdüyü anbarlar olub.
Samara qubernator Vyaçeslav Fedorişev vilayət ərazisində sənaye müəssisələrində yanğınların olduğunu təsdiqləyib.



