Rusiya XİN ABŞ-ın İrana hücumunu pislədi: Bu məsuliyyətsiz qərar…

Moskva ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarını qətiyyətlə pisləyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Suveren dövlətin ərazisinin raket və bomba zərbələrinə məruz qalması ilə bağlı məsuliyyətsiz qərar, buna haqq qazandırmaq üçün hansı arqumentlərdən istifadə olunmasından asılı olmayaraq, beynəlxalq hüququ, BMT Nizamnaməsini və Təhlükəsizlik Şurasının əvvəllər bu cür hərəkətləri birmənalı olaraq pisləyən qətnamələrini kobud şəkildə pozur”, – bəyanatda vurğulanıb.