“Qarabağ” Çempionlar Liqasına heç-heçə ilə başladı – Yenilənib

0
541

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayıb. 

Ağdam təmsilçisi Albaniyada “Partizani” ilə qarşılaşıb.

İslandiyadan olan referi Polvardur Arnasonun idarə etdiyi qarşılaşmada üstünlük Qurban Qurbanovun yetirmələrində olub. Lakin bütün cəhdlərə baxmayaraq, oyunda hesab açıqlamayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun
10 iyul
“Partizani” – “Qarabağ” – 0:0