Putinin Gürcüstanla bağlı kəskin qərarına – Reaksiya

0
514

Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sərnişin təyyarələrinin uçuşunu müvəqqəti qadağan edib.

Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstana sərnişin təyyarələrinin uçuşunun müvəqqəti qadağan edilməsi barədə fərman imzalayıb.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiyadan Gürcüstana kommersiya uçuşları da ləğv edilir. Bundan əlavə, turizm operatorlarına və turizm agentlərinə vətəndaşlara Gürcüstana turizm putyovkaları satmamaq tövsiyə olunur.

Rusiya Prezidenti hökumətə Gürcüstanda olan rusiyalıların geri qayıtmasını təmin etməyi tapşırıb.

Qeyd edək ki, Gürcüstanda Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı sessiyasında insident yaşanıb. Belə ki, Rusiya Dövlət Dumasının üzvü, Kommunist Partiyasının təmsilçisi Sergey Qavrilov Gürcüstan parlamentinin plenar iclas zalında keçirilən 25 ölkənin qatıldığı toplantını açıq elan edib və spikerin kürsüsündə əyləşib. Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan millət vəkilləri dərhal rusiyalı deputatın kürsünü tərk etməsini tələb ediblər. Onlar Gürcüstanın ərazi bütövlüyünü tanımayan bir şəxsin spikerin yerində oturmasını qəbul etməyiblər.

Bunun ardınca Gürcüstanda müxalifətin mitinqlərinə start verilib. Mitinqlərdə qarşıdurma yaşanıb və onlarla yaralı var.

***

Gürcüstanda vəziyyət normallaşmalı və bizim vətəndaşlar üçün kiçik təhlükə belə aradan qalxmalıdır. Ancaq bundan sonra prezident bu qərara yenidən baxa bilər.

Bu sözləri Kreml sözçüsü Dmitri Peskov Vladimir Putinin Gürcüstanla bağlı imzaladığı fərmanı şərh edərkən bildirib.