Pentaqonun əsas sursat ehtiyatları azaldı

Pentaqonun əsas sursat ehtiyatları təhlükəli dərəcədə aşağı səviyyəyə düşüb. ABŞ hərbi komandirləri arsenalın vəziyyətindən ciddi narahatdırlar.

Bu barədə CNN telekanalı mənbələrinə istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, hava hücumundan müdafiə vasitələri ehtiyatlarının tükənməsinin əsas səbəbi İranla müharibə olub. Mənbələrin bildirdiyinə görə, ABŞ müharibədən əvvəlki səviyyə ilə müqayisədə THAAD raketləri ehtiyatlarının təxminən 80 faizini, həmçinin “Patriot” raketləri ehtiyatlarının təxminən yarısını istifadə edib.

CNN qeyd edir ki, sursat çatışmazlığı məsələsi ABŞ Prezidenti Donald Trampın ötən həftə İrana qarşı yeni zərbələr endirməkdən imtina etmək qərarından əvvəl də gündəmə gəlib.