Paşinyan Türkiyəyə yola düşdü: Nümayəndə heyətində kimlər var?

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfərə gedib.

Bu, Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir. Onun nümayəndə heyətinə 13 nəfər daxildir. Baş naziri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan və parlamentin vitse-spikeri, Yerevan və Ankara arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Qeyd edək ki, iyunun 20-də İstanbulda Paşinyanla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır.

Bundan əvvəl Ermənistan KİV-i iki ölkə liderlərinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması şərtlərini müzakirə etməyi planlaşdırdığı barədə məlumat yayıb.