Pakistan Əfqanıstana zərbələr endirdi

Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda pilotsuz uçuş aparatlarının (PUA) buraxılması və saxlanması üçün istifadə olunan 10 obyektə zərbələr endirib.

Bu barədə Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar bildirib.

Onun sözlərinə görə, sentyabrın 23-də Əfqanıstana məxsus PUA-lar Pakistanın hava məkanına daxil olub və İslamabadda bu, suverenliyin pozulması və təcavüz aktı kimi qiymətləndirilib.

Nazir “Pakistana qarşı düşmənçilik fəaliyyətinə” dərhal son qoymağa və terrorizmlə mübarizə sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.