ICE birjasında Brent markalı xam neftin qiyməti ticarət həftəsinin əvvəlində 12,2% artıb.
Bakı vaxtı ilə saat 03:02-də neft 23 iyun 2025-ci ildən bəri ilk dəfə barel üçün 81 dolları keçərək 81,79 dollara (12,24% artım) satılıb. Daha sonra artım yavaşlayıb və neft 79,4 dollara (9,02% artım) satılıb.
Qeyd edək ki, neft Yaxın Şərqdə gərginliyin artması fonunda bahalaşıb.




