Macarıstan Ukraynaya hərbçi göndərəcək?

Macarıstan Ukraynaya hərbçi göndərməyəcək.

Bunu Aİ məsələləri üzrə parlament komitəsinin iclasında Xarici İşlər naziri vəzifəsinə namizəd Anita Orban deyib.

O, müxalif deputatın Budapeştin Ukrayna münaqişəsində macar əsgərlərinin iştirakını mümkün hesab edib-etmədiyi ilə bağlı sualına “Əlbəttə ki, yox” cavabını verərək belə bir ehtimalı istisna edib.

Qeyd edək ki, Anita Orban Viktor Orbanla eyni soyadı daşısa da, aralarında qohumluq əlaqəsi yoxdur.