UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində keçirilən “Liverpul” – “Qarabağ” oyununun ən yaxşı futbolçusu bəlli olub.
“Mersisaydlılar”ın heyətində Aleksis Makallister bu ada layiq görülüb. O, oyunda dubl edib.
Qeyd edək ki, qarşılaşmada “Qarabağ” 0:6 hesabı ilə uduzsa da, turnir cədvəlini 10 xalla 22-ci sırada başa vurub və pley-offa adlayıb.




