KİV: Ukrayna regionlarının yarı hissəsində həyəcan siqnalı verilib

0
140

Ukraynanın bir neçə vilayətində bu gün səhərdən etibarən hava həyəcanı siqnalı verilib.

Bu barədə “Strana” nəşri məlumat yayıb.

Çerniqov, Sumı, Xarkov və Odessa vilayətlərində səhər saatlarından hava həyəcanı siqnalı və Hava Hücumundan Müdafiə (HHM) sistemləri işləyir.

Xatırladaq ki, 18 oktyabra keçən gecə ərzində Kirovoqrad, Çerkası, Poltava, Dnepropetrovsk, Nikolayev və Kiyev vilayətlərində, həmçinin Kiyev şəhərində həyəcan siqnalı verilib.