İsraildə fövqəladə vəziyyət rejimi bu tarixədək uzadıldı

İsraildə fövqəladə vəziyyət rejimi martın 12-dək uzadılıb.

Fevralın 28-də İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatın ilk saatlarında ölkədə fövqəladə vəziyyət elan olunub.

Hərbi əməliyyat martın 12-dək başa çatarsa, fövqəladə vəziyyət rejimi daha tez ləğv edilə bilər. Lakin əməliyyatlar həmin tarixədək yekunlaşmazsa, müddətin yenidən uzadılacağı gözlənilir.