İranın Abadan şəhərinin sərhədçiləri Fars körfəzinin şimal sularında 382 min litr qaçaq dizel daşıyan gəmini saxlayıb.
Bu barədə İRİB məlumat yayıb.
“Gəminin göyərtəsindəki 11 xarici vətəndaş həbs edilib”, – məlumatda bildirilib.
Bununla yanaşı, Hörmüz boğazından keçən gəmilərdən birində partlayış qeydə alınıb. Ətraflı məlumat açıqlanmayıb.



