İnsan ömrünün son həddi neçə ildir? – Alimlər açıqladı

İnsan ömrünün nəzəri olaraq 194 ilə qədər çata biləcəyi hesablanıb.

“New Scientist” nəşrinin məlumatına görə, alimlər qocalmanın müalicə edilə bilən səbəblərinin aradan qaldırıldığı hipotetik ssenarini modelləşdiriblər. Bu halda əsas məhdudiyyət DNT-də zamanla yığılan geri dönməz zədələnmələr olacaq.

Hazırkı modellər insan orqanizminin təbii olaraq təxminən 115-150 il fəaliyyət göstərə biləcəyini göstərir. Rekord isə 1997-ci ildə 122 yaş 164 günündə vəfat edən fransalı Janna Kalmentə məxsusdur.

Alimlər vurğulayırlar ki, 194 il real proqnoz deyil, nəzəri hesablamadır. Lakin gələcək tibbi inkişaflar qocalmanın əsas mexanizmlərinə müdaxilə edə bilsə, insan ömrünün indiki rekordlardan əhəmiyyətli dərəcədə uzun olması mümkündür.