İbrahim İbrahimov İNK-da rəhbər vəzifədə – foto

0
2843

Azərbaycanın bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, III dərəcəli Vətənə xidmət və Şöhrət ordenli, Prezidentin fəxri diplomuna layiq görülmüş Prezident təqaüdçüsü İbrahim İbrahimov İctimai Nəzarət Koalisiyasında rəhbər vəzifəyə təyin olunmuşdur.
Azərbaycan Paralimpiya cudo üzrə Azərbaycan milli komandasının baş məşqçisi İ.İbrahimov İNK-nın Sumqayıt – Abşeron – Xızı Regional nümayəndəliyinin yeni sədridir.
1959-cu ildə Qərbi Azərbaycanın İcəvan rayonunda anadan olmuş İ.İbrahimov Voronej Dövlət Universitetində ali təhsil almışdır.
İNK-nın sədri, DAMM-nin I vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədov bu barədə məlumat verərək bildirmişdir: “İnanıram ki, yüksək ictimai nüfuzu ilə seçilən dünya şöhrətli İbrahim İbrahimovun təşkilatımızda rəhbər sima kimi təmsil olunması tanınmış idman xadimlərinin koalisiyamızın ətrafında daha sıx birləşməsinə xidmət etməklə yanaşı, təkcə bu regionda deyil, bütün bölgələrimizdə ictimai nəzarətin gücləndirilməsində əhəmiyyətli rolunu göstərəcəkdir”.

“ictimaixeber.az”

İbrahim İbrahimov İNK-da rəhbər vəzifədə - foto
İbrahim İbrahimov İNK-da rəhbər vəzifədə - foto
İbrahim İbrahimov İNK-da rəhbər vəzifədə - foto
İbrahim İbrahimov İNK-da rəhbər vəzifədə - foto