Ermənistan Rusiyaya nota verib.
Bu barədə Ermənistan XİN-in bəyanatında bildirilib.
Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb, ona nota təqdim edilib.
Bildirilib ki, Rusiya Dövlət Dumasının ayrı-ayrı deputatlarının dövlət çevrilişi cəhdinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının qanuni hərəkətləri ilə bağlı şərhləri və açıqlamaları həm təəccüb, həm də hiddət doğurur. Rusiya mediasının Ermənistan adminstrasiyasına qarşı “qeyri dost” hərəkətlərinə qəti etiraz edilib.




