Çexiyaya qaranlığa qərq olub. Paytaxt da daxil olmaqla, ölkənin bir sıra digər regionlarında işıqlar sönüb.
Bu barədə “Around Prague” portalı məlumat yayıb.
Qeyd olunur ki, Praqa, Liberets, Qradec Kralove, Usti nad Labem, Kolin və digər şəhərlərdə elektrik enerjisi kəsilib. Minlərlə insan işıqsız qalıb, nəqliyyat dayanıb. Paytaxtda xeyli insan liftlərdə qalıb, bu səbəbdən xilasetmə xidmətləri gücləndirilmiş iş rejimində işləyir. Digər şəhərlərdə də oxşar hadisələr baş verib.
Çexiya hökumətinin başçısı Petr Fiala deyib ki, hadisənin səbəbləri araşdırılır.




