Əməliyyata hazırlaşanlara TÖVSİYƏ: Tatu, pirsinq və dırnaq boyası problem yarada bilər

Döymələr (tatu) və pirsinqlər əməliyyat zamanı anesteziyanın tətbiqi üçün əks göstərişlərdir.

Bu barədə rusiyalı professor, tibb elmləri namizədi, anesteziologiya və reanimatologiya üzrə direktor müavini Aleksey Pıreqov KP.ru-ya müsahibəsində danışıb.

“Tez-tez unudulan daha bir vacib məqam var: dırnaq boyası. Qanın oksigenlə doyma səviyyəsini ölçən sensor barmağa yerləşdirilir, dırnaq boyası isə onu “aldadır” və nəticədə göstəricilər etibarsız olur”, – deyə mütəxəssis Aleksey Pıreqov qeyd edib.