Elektrik pulunu şişirdən funksiya: Televizorda HDR rejiminə diqqət!

Televizorun görüntü parametrləri elektrik enerjisi sərfiyyatına ciddi təsir göstərə bilər. Xüsusilə HDR rejiminin aktivləşdirilməsi enerji istehlakını iki dəfədən çox artırır.

Bu barədə “Notebookcheck” nəşri məlumat yayıb.

Bildirilib ki, Almaniyanın “Rabot Energy” şirkəti bununla bağlı araşdırma aparıb.

Araşdırma zamanı “GTA 6” oyununun müxtəlif konsollarda 80 saat oynanılması üçün tələb olunan elektrik enerjisi hesablanıb. Məlum olub ki, HDR söndürüldükdə hər iki televizor təxminən 76 vatt enerji sərf edir. Bu rejim aktivləşdirildikdə isə LG televizorunda göstərici 191, TCL modelində isə 242 vatta yüksəlir.

Mütəxəssislər elektrik enerjisinə qənaət etmək istəyən istifadəçilərə televizorun görüntü rejimini seçərkən HDR parametrinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər.