Çingiz Abdullayev “İlin adamı” seçildi – VİDEO

0
1941

Xalq yazıçısı Çingiz Abdullayev “İlin adamı” seçilib.

Mayın 4-də “Humay – 2019” mükafatının təqdimetmə mərasimi keçirilib.

Mərasim ölkə ziyalılarının, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutub.

“İlin adamı” nominasiyasına xalq yazicimiz Çingiz Abdullaev layiq görülüb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda ilin adamı mükafatı 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

VİDEO