Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən , gerçəkliyi dərk esib müəyyən istiqamətdə dəyişdirən , ünsiyyətə girməyi bacaran konkret canlı insandır.

Heydər Əliyev də dövrümüzün nəhəng şəxsiyyətidir. Ulu Öndərin zəngin ictimai-siyasi ömür yolu əsl örnəkdir. Hər zaman mənsub olduğu Azərbaycan xalqına bağlı insan kimi Heydər Əliyevin ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər söhbət Heydər Əliyevin siyasi portretindən gedirsə, birmənalı şəkildə vurğulamaq istərdik ki, Ulu Öndər ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.

Ölkəmizin bu gününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Ümummili Liderin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar. Amma mən bir faktı xüsusilə qeyd etmək istərdim. Heydər Əliyev sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycanda milli ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi.

Adətən böyük şəxsiyyətlərə obyektiv qiymət verərkən onların yaşadıqları dövrün imkanları ilə müqayisədə nələri edə bildikləri əsas götürülür. Bu baxımdan, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə nəzər salsaq, birmənalı olaraq deyə bilərik ki, o, zamanın və şəraitin verdiyi imkanlardan öz xalqının maraqları və yüksəlişi naminə maksimum istifadə edib.
Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti daim davam edəcək. Çünki bu siyasət Azərbaycanın gələcək tərəqqisinin təminatı baxımından lazımdır.

Heydər Əliyev siyasəti tarazlı siyasət olmaqla cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edir, cəmiyyətdə ahəngdarlıq yaradır, vətəndaşların hüquq və azadlıqlarını, onların milli dövlətçilik mənafelərini, açıq cəmiyyətin ali dəyərlərini müdafiə edir. Orta statistik azərbaycanlı Heydər Əliyevin simasında Ümummilli Liderə məxsus bütün keyfiyyətləri – rasionalizm, müdriklik, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluğu görür.
Siyasətdə müdriklik, həyatda praqmatizm məktəbi, dövlət idarəçiliyində ustalıq – bu böyük siyasətin ana xəttini təşkil edir. Azərbaycan siyasətçiləri içərisində heç kimə bu qədər siyasət olimpinin zirvəsində qalmaq və vətəninə, xalqına xidmət etmək və ürəklərdə sağlığında özünə heykəl ucaltmaq da nəsib olmayıb.
Öndər ömrü, Heydər ömrü… – Polis mayoru yazırYol polisi11 Dekabr 2018 22:42Oxunub 1496Öndər ömrü, Heydər ömrü… – Polis mayoru yazırBütün uğurlarımızın altında onun imzası varBanner
… 22 il öncə o xəbəri eşidəndə nə danışılanlara inanmaq istəyirdim, nə də ki, televiziyadan eşitdiyim xəbərlərə. Böyüklü-kiçikli hər birimiz “yalandır, bu ola bilməz” deyib durmuşduq. Haqqında heç vaxt belə xəbərlər eşitməmişdik. Biz onu həmişə sağlam, “buz baltası” kimi, özü də dünyanın ən mötəbər kürsülərində qaməti şax görmüşdük. O, yorğan-döşəyə düşə bilməzdi. Hələ sovetlər dönəmində yüzlərin, minlərin, milyonların duası ilə Kremldən gələn bəlalardan, ölümlərdən sıyrılan, üzləşdiyi ən çətin sınaqlardan üzü ağ çıxan şəxsiyyət indi Heydər Əliyev. Əzizlərindən, doğmalarından, öz xalqından, öz ordusundan uzaqda – okeanın o tayında ürəyi ilə öz ömrü üçün deyil, xalqının gələcəyi üçün mübarizə aparırdı. Bütün nəzərlər okeanın o tayına dikilmişdi…
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” nidasını ürəkdən, harada olmağımızdan asılı olmayaraq “Mən Azərbaycanlıyam” şüarını daha ucadan, daha ötkəm deməyi də o, bizə öyrətmişdi. Dünyaya günəş kimi doğacaq bir ölkənin vətəndaşı olmağın qürurunu yaşamaq sevincini də biz ondan öyrənmişdik. Dünyanın ən böyük dövlətlərinin liderləri ilə görüşlərdə ona dikilən, mehriban, həm də həsəd dolu baxışları televiziya ekranından azmı seyr etmişdik?!.
Kiçik ölkənin dünyada söz sahibi olan böyük liderinin təcrübəsini, hadisələri qiymətləndirmək, saatlarla böyük və mənalı nitq söyləmək, həm də insanlara təsir etmək bacarığını bəlkə də bizdən xəbərsiz dünyanın beyin mərkəzləri öyrənir, hətta tədqiq belə edirdilər. Təkcə dövrünün deyil, bütün zamanların məşhur siyasətçiləri, tanınmış insanları arasında yeri hər zaman görünən və görünəcək şəxsiyyət…
Onun yaddaşında tarixin ən qara dövrləri qalmışdı. Ta kiçik yaşlarından anasının danışdıqlarını da unutmamışdı. Bilirdi ki, doğmalarını, əzizlərini daşnaqlar soyqırıma məruz qoyublar. Bilirdi ki, böyük Azərbaycanı tikə-tikə, parça-parça ediblər. Dilinə və dininə uzanan qara əlləri, o qara əllərin qara kölgəsi-“sapı özümüzdən olan baltalar”ı da yaxşı tanıyırdı…
Hakimiyyətə gəldiyi ilk gündən yolu həmişə xalqın içindən düşdü. Üzləşdiyi çətinliyi, problemi ona deməkdən çəkinmədi, utanmadı, alim də, fəhlə də, pambıqçı da, müəllim də sevdi onu. Əlini səngərdəki əsgərin kürəyinə qoyub “qorxma, səninləyəm”,- dedi. Bir çağırışına milyonların gəlişi ilə Horadizin azadlığa qovuşmasını unutmadıq ki…
Ulu öndər 1993-cü ilin iyununda doğma Naxçıvanımızdan paytaxtımıza qurtuluş üçün gəlmişdi. Bu xalqın ruhunu, dəyərini qorumaq naminə meydanlara tək atılmaqla kölgəsini qılınclayanlara, eləcə də xarici düşmənlərə qarşı mübarizəni təkbaşına aparacaqdı. Sonra isə xalqına arxalanacaqdı. Çünki o, bu xalqı yaxşı tanıyırdı, çünki o keçmişini, hardan gəlib hara gedəcəyimizi hələ sovetlər dönəmində müəyyənləşdirmişdi. Gəldi də, qurtulduq da…
Ulu Öndər Heydər Əliyev haqqında geniş yazmağımız səbəbsiz deyil. O, bu yolu silahdaşları, onu siyasətinə sadiq insanlarla birgə addımlayıb, dövlətimizin bərpasında, sonrakı inkişafında, tərəqqisində yaxından iştirak edib. Belə sadiq insanlardan biri də Bəylər Əyyubovdur.
Bəylər Həsən oğlu Eyyubov 10 mart 1951-ci ildə anadan olmuşdur. O, 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir. 16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Qey etməyi özümə borc bilirəm, deyim ki, Bəylər Eyyubovu Azərbaycanın təhlükəsizlik və milli müdafiə sahəsində ən nüfuzlu şəxsiyyətlərindən biri olaraq tanıyırıq. Onun rəhbərliyi altında ölkənin təhlükəsizlik xidməti milli maraqların qorunması və dövlətin sabitliyinin təmin edilməsi istiqamətində mühüm uğurlar əldə edib. Bəylər Eyyubovun həyatını və karyerasını Azərbaycan Respublikasının təhlükəsizlik sektorunda peşəkarlıq, fədakarlıq və vətənpərvərliyin təcəssümü kimi qiymətləndirmək olar.
Uşaqlıqdan dövlətə və xalqa xidmət etmək arzusu ilə böyüyən B.Əyyubov hüquq-mühafizə və təhlükəsizlik sahəsində karyera qurmaqüçün çox çalışıb. Belə ki, o, Azərbaycan Dövlət Universitetində hüquq təhsili alaraq, təhlükəsizlik sektorunda karyerasına güclü bir baza ilə başlayıb, həmçinin xarici ölkələrdə xüsusi hazırlıq kurslarında iştirak edib, bu da onun peşəkar bacarıqlarını və biliklərini daha da təkmilləşdirib.
Karyerasına hüquq-mühafizə orqanlarında çalışmaqla başlayan B.Əyyubovun yüksək peşəkarlığı və prinsipiallığı ona bu sahədə tez bir zamanda yüksəlməyə imkan verdi. O, müxtəlif vəzifələrdə çalışaraq, cinayətkarlığa qarşı mübarizədə və dövlətin təhlükəsizliyinin təmin edilməsində böyük təcrübə topladı. O, hər zaman dövlətin maraqlarını və vətəndaşların təhlükəsizliyini hər şeydən üstün tutdu və bu yanaşma onu həmkarları arasında nüfuzlu bir liderə çevirdi.
Bir müddət Ulu Öndər Heydər Əliyevin yanında ona sadiqlik nümayiş etdirmiş Bəylər Eyyubov karyerasının zirvəsinə Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilməsi ilə çatdı. Bu vəzifədə o, ölkənin təhlükəsizlik sistemində islahatların həyata keçirilməsinə və xidmətin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına rəhbərlik etdi. Eyyubovun rəhbərliyi altında təhlükəsizlik xidməti, daxili və xarici təhlükələrə qarşı mübarizədə mühüm nailiyyətlər əldə edib. Onun əsas vəzifəsi, dövlətin təhlükəsizliyini təmin etmək və ölkədə sabitliyi qorumaq idi və bu istiqamətdə o, böyük uğurlara imza atıb.
Qeyd etdiyimiz kimi, daim Heydər Əliyev məktəbindən bəhrələnmiş bu insanın karyerasında 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsi zamanı göstərdiyi fədakarlıq və peşəkarlıq da xüsusi önəm kəsb edir. Azərbaycan Silahlı Qüvvələrinin təhlükəsizlik və müdafiə əməliyyatlarında mühüm rol oynayan B.Əyyubovun rəhbərliyi altında həyata keçirilən əməliyyatlar, müharibənin uğurla nəticələnməsinə və Azərbaycanın tarixi torpaqlarının azad edilməsinə böyük töhfə verdi. Bu peşəkar insanın strateji düşüncəsi və operativ qərarları, müharibə zamanı təhlükəsizlik qüvvələrinin effektiv şəkildə idarə olunmasına və ölkənin ərazi bütövlüyünün bərpasına şərait yaratdı.
Bəylər Eyyubovun şəxsi keyfiyyətləri daim Heydər Əliyevin gözləri önündə olub. Təsadüfi deyil ki, Ulu Öndər siyasətinin etibarlı və sadiq davamçısı İlham Əliyev də onun hakimiyyətə, Heydər Əliyev siyasətinə, xəttinə sadiqliyini qiymətləndirərək onu uzun müddət bu vəzifədə saxladı, təcrübəsindən bəhrələndi. Onun bu sədaqəti rəhbərlik etdiyi təşkilatın uğurlarında mühüm rol oynayıb. Onu prinsipial, hakimiyyətə sadiq və işinə məsuliyyətli bir şəxsiyyət olaraq tanıyırıq. Təmsil etdiyi kollektivdə daim yüksək etimad və hörmət sahibi olan B.Əyyubovun təşkilatçılıq qabiliyyəti və insani keyfiyyətlərinə görə onu təhlükəsizlik sahəsində ən nüfuzlu şəxsiyyətlərdən biri kimi qəbul etmişik. O, yalnız peşəkar fəaliyyətində deyil, həm də şəxsi həyatda da hər zaman yüksək əxlaqi dəyərlərə sadiq olub.
Əvvəllər Heydər Əliyevin, sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında olmuş B.Eyyubov Azərbaycanın təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsi üçün də mühüm işlər görüb. O, bir çox ölkə ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq müqavilələrinin imzalanmasında iştirak edib, həmçinin beynəlxalq təhlükəsizlik təşkilatları ilə sıx əlaqələr qurub. Eyyubovun bu sahədəki fəaliyyəti, Azərbaycanın beynəlxalq arenada təhlükəsizlik sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.
Dövlət qarşısında xidmətləri layiqincə qiymətləndirilib. Belə ki, general-polkovnik. Bəylər Eyyubov bir çox orden və medalla təltif olunub. 30 iyun 2025-ci ildə Azərbaycan Respublikası Prezident Katibliyinə Rəhbər təyin olunub.
Dünyaya hərə bir cür gəlir. Elələri var ki, dünyaya gəlişləri ilə yalnız valideynlərinə sevinc bəxş etməkdən başqa bütün ömürləri boyu əllərindən bir iş gəlmir. Nəinki bir elin, obanın, heç bir ailənin qayğı yükünə belə çiyin verə bilmirlər. Amma elə insanlar da var ki, onları tale səsləyir. Ulu Tanrı tərəfindən mənsub olduqları xalqa yardımçı kimi göndərilir. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən, ölkəmizin çiçəklənməsində böyük xidmətləri olan, xalqımızın qan yaddaşında əbədi yaşayan insanlar çoxdur. Yuxarıda qeyd etdiyim kimi, iyirminci əsrin ikinci yarısında bir qərinədən çox Azərbaycana rəhbərlik edən, ölkənin iqtisadi inkişafına nail olan və xalqın özünüdərkində əvəzsiz xidmətlər göstərən, bütün mənalı ömrünün hər anı xalqına, Vətəninə bağlı olan Heydər Əliyevlə yanaşı addımlayan Bəylər Əyyubov da bu insanların sırasındadır. Xalqımızın üzləşdiyi bütün taleyüklü problemlərin həlli istiqamətində göstərdiyi dönməzlik, həyata keçirilmiş ardıcıl və səmərəli siyasətdə fəaliyyəti ilə seçilmiş bu insanın təcrübəsi çağdaş gəncliyə əsl örnəkdir.
Rasim Məmmədov,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti,
İctimai Nəzarət Təşkilatının sədri,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim




