BMT Azərbaycana xüsusi sertifikat təqdim etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Azərbaycan Respublikasına xüsusi sertifikat təqdim olunub.

Sertifikat bu gün keçirilən “Birləşmiş Millətlər Təşkilatının İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı tədbirdə təqdim edilib.

Qeyd edək ki, bunun səbəbi Azərbaycanın “ASAN xidmət” modelinin innovativ dövlət xidmətlərinin göstərilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı məqsədinə nail olunmasına verdiyi töhfələr olub.