Azərbaycanda evlər bahalaşdı – RƏSMİ

Azərbaycanda 2025-ci ilin II rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin I rübü ilə müqayisədə 100,2 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,1 faiz, yol və körpü tikintisi üzrə isə 100,5 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi isə 101,1 faizə bərabər olub.

Digər tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət indekslərini təqdim edirik:

2025-ci ilin II rübü 2025-ci ilin I rübünə nisbətən, faizlə2025-ci ilin II rübü 2024-cü ilin II rübünə nisbətən, faizlə2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi-cəmi100,2101,5101,6
Yerüstü tikililər üzrə qiymət indeksi100,1101,3101,3
yaşayış evləri üzrə qiymət indeksi100,0101,0101,1
5 mərtəbəyə qədər yaşayış evləri100,1101,2101,4
6 və daha çoxmərtəbəli yaşayış evləri100,0100,9101,1
sosial təyinatlı binalar üzrə qiymət indeksi100,1101,1101,2
inzibati tikililər100,3101,5101,7
ümumtəhsil məktəbləri100,0101,1101,1
istehsal təyinatlı obyektlər üzrə qiymət indeksi100,6103,3102,9
sənaye obyektləri100,6103,3102,9
Yol və körpü tikintisi üzrə qiymət indeksi100,5103,0102,8
yol tikintisi100,6103,3103,0
körpü tikintisi99,7101,0101,5