Avropa çempionatı: Azərbaycanın voleybol millisi növbəti qələbəsini qazanıb

Azərbaycanın voleybol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb.

Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun II turunda İspaniya seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib – 3:0 (25:16, 25:22, 25:14)

Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 6 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək./”Report”