Alimlər müəyyən ediblər ki, Günəş sistemindən kənardan gələn 3I/ATLAS kometi olduqca soyuq kosmik mühitdə formalaşıb.
Araşdırma Miçiqan Universitetinin alimləri tərəfindən aparılıb.
Tədqiqat zamanı kometin tərkibində yüksək miqdarda “ağır su” aşkar edilib. Alimlərin sözlərinə görə, sudakı deuteriumun səviyyəsi Günəş sistemindəki kometlərlə müqayisədə təxminən 30 dəfə daha yüksək olub.
Mütəxəssislər hesab edirlər ki, bu nəticə digər planet sistemlərinin Günəş sistemindən fərqli şəraitdə formalaşdığını göstərir.




