Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanla bağlı açıqlama verib.
Kallas bildirib ki, sorğu daxil olarsa, Azərbaycana mina təmizləmə işlərində kömək etməklə bağlı məsələni müzakirə edə bilərlər.
“Enerji və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlərdə daha çox çalışmalı və əlaqələrimizi gücləndirməliyik. Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşıdır. Əlbəttə ki, biz dünyanın müxtəlif ölkələrinə mina təmizləmə işlərində kömək edirik. Buna görə də, əgər sorğu daxil olarsa, biz başqa nə edə biləcəyimizi də nəzərdən keçirəcəyik, amma hələlik bu məsələ ilə bağlı qərar verməmişik”, – deyə o qeyd edib.




