ABŞ Prezidenti Donald Tramp bildirib ki, bəzi NATO ölkələri neftin yüksək qiymətindən şikayətlənir, lakin eyni zamanda Hörmüz boğazı ilə bağlı problemi həll etmək üçün addımlar atmaq istəmirlər.
Ağ Ev rəhbəri bu barədə “Truth Social”da qeyd edib.
Tramp vurğulayıb ki, ABŞ olmadan NATO “kağız pələng”dir.
Onun sözlərinə görə, Şimali Atlantika Müqaviləsi Təşkilatı İran tərəfindən gələn təhlükənin qarşısını almaq üçün hərəkətə keçməyə hazırlıq nümayiş etdirməyib.
“Boğazın açılması enerji resurslarının qiymətlərini sabitləşdirə biləcək “sadə hərbi manevr”dir” – ABŞ lideri diqqətə çatdırıb.
“Belə kiçik risklə bunu etmək onlar üçün o qədər asandır ki. Qorxaqlar! Və biz bunu xatırlayacağıq!”, – Tramp əlavə edib.




