“ABŞ-nin iflası qaçılmazdır: ABŞ-sız dünya nizamının şərti açıqlandı” – “The Guardian”

ABŞ rəhbərliyi altında formalaşmış dünya nizamı tədricən zəifləyir və onu daha çoxqütblü sistem əvəz edəcək.

Bu barədə “The Guardian” nəşri yazıb.

Yeni dünya nizamında əsas prinsip müharibələrin qarşısının alınması olmalıdır

Nəşr  yazır ki, əsas məsələ artıq köhnə nizamı bərpa etmək deyil, daha dayanıqlı beynəlxalq sistem qurmaqdır. Müəllifin fikrincə, ABŞ-ın tənəzzülü təhlükələr yaratsa da, bu, eyni zamanda, uzun illər mövcud olmuş təkqütblü dünya nizamının qüsurlarını yenidən dəyərləndirmək üçün fürsətdir. Nəşr hesab edir ki, keçmişə nostalji əvəzinə, müharibələrin qarşısını alan yeni beynəlxalq qaydalar formalaşdırılmalıdır.

Yeni sistem dörd prinsipə söykənməlidir

Məqalədə qeyd olunur ki, gələcək dünya nizamı dörd əsas öhdəlik üzərində qurulmalıdır: dövlətlər özünümüdafiə hüququndan sui-istifadə etməməli, ərazilərin güc yolu ilə ələ keçirilməsini rədd etməli, bir-birinə qarşı proksi müharibələri qızışdırmamalı və kütləvi zorakılığa yol aça biləcək silah tədarükündən çəkinməlidirlər. Müəllif vurğulayır ki, preventiv müharibələr, ilhaqlar və proksi münaqişələr beynəlxalq sabitliyi sarsıdır və yeni sistem bu halların qarşısını almağa yönəlməlidir.

Çoxqütblü dünya üçün yeni yanaşma

“The Guardian” hesab edir ki, qarşılıqlı çəkindirməyə əsaslanan çoxqütblü sistem etibarını itirmiş təkqütblü modeldən daha sabit ola bilər. Bunun üçün dövlətlər həm rəqiblərinə, həm də müttəfiqlərinə münasibətdə eyni qaydalara əməl etməlidirlər.

Nəşrin qənaətinə görə, gələcəyin dünya nizamı keçmişə nostalji üzərində deyil, müharibəni siyasətin adi alətinə çevirməyən ümumi prinsiplər əsasında qurulmalıdır. Bu isə böyük dövlətlər arasında rəqabətin genişmiqyaslı silahlı qarşıdurmaya çevrilməsinin qarşısını ala bilər.