ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğuna inandığını bəyan edib.
Eks-prezident bu barədə bloqer Brayan Tayler Koenin podkastında danışıb.
Lakin B.Obama ufoloqlar tərəfindən qəzaya uğramış UNO-ların və yadplanetli cəsədlərinin saxlandığı yer kimi qəbul edilən Nevada ştatındakı məşhur “51-ci Zona” (Area 51) hərbi bazasında heç bir sirli varlığın olmadığını vurğulayıb:
“Onlar (yadplanetlilər) realdırlar, lakin mən onları görməmişəm və onlar ’51-ci Zona’da gizlədilmirlər. Əgər bunu ABŞ Prezidentindən gizlədən nəhəng bir konspirasiya yoxdursa, orada heç bir gizli yeraltı qurğu mövcud deyil”.




