ABŞ və İran arasında Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası ilə bağlı razılaşma artıq bu gün və ya sabah əldə oluna bilər.
Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində deyib.
“İran tərəfi ilə danışıqlar aparırıq. Düşünürəm ki, artıq bu gün və ya sabah boğazın açılması ilə bağlı razılığa gələ və bu münaqişədə daha normal vəziyyətə keçə bilərik”, – nazir bildirib.
Bessent İranın gəmilərin keçidinə görə ödəniş alıb-almayacağı barədə suala cavabında qeyd edib ki, mümkün razılaşma tam sərbəst gəmiçilik prinsipini nəzərdə tutur.
“Bu, sərbəst hərəkət olacaq. Son günlər vəziyyət bir qədər gərgin olsa da, artıq görürük ki, bir çox gəmi Hörmüz boğazından keçməyə davam edir”, – ABŞ maliyyə naziri vurğulayıb.




