Bakıda kişi arvadını qətlə yetirdi – FOTO

0
294

Bakıda kişi arvadını qətlə yetirib.

Hadisə paytaxtın Əhmədli qəsəbəsi General Şıxlinski 29/42 ünvanında yerləşən yaşayış binasında baş verib.

Belə ki, ailə münaqişəsi zəminində 1987-ci il təvəllüdlü O.Əliyev həyat yoldaşı N.Əliyevanı bıçaqlayaraq qətlə yetirib.

O, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin və 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.