Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı qəzaya düşüb.
Hadisə zamanı polis serjantı Tural Atakişiyev xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı Tural Atakişiyev idarə etdiyi özünə məxsus VAZ-21214 markalı avtomobillə dekabrın 29-da axşam saatlarında xidmətdənkənar vaxtda Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb:
“Qəza nəticəsində xəsarətlər alan sürücü T.Atakişiyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda ona təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilir”.
Faktla bağlı araşdırma aparılır.