Oxçuçayı çirkləndirən ermənilərin misqayırma zavodlarıdır

0
286

Oxçuçayın çirklənməsinə səbəb hazırda ermənilərin yaşadığı Qafan və Qacaran rayonları ərazilərindəki misqayırma zavodlarındakı tullantılardır.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında bildirib. 

“Qarabağ ərazisində çaylarımızın çirklənməsinə səbəb Oxçuçaydır. Oxçuçayın keçdiyi Qafan və Qacaran rayonları ərazilərində misqayırma zavodları var və ordakı tullantılar çaya ziyan vurur. Əhalimizin işğaldan azad olunmuş ərazilərdə ekoloji təhlükəsizliyini təmin etmək üçün çirklənmənin qarşısını alacağıq. Bunun üçün beynəlxalq təşkilatlara müraciət edəcəyik”, – deyə nazir müavini qeyd edib.