İranda zəlzələ olub

0
281

İranın cənubunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Episentri təxminən 352 min insanın yaşadığı Bəndər-Abbas şəhərindən 59 kilometr şimalda olan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.