Cənnətdəki dogum günün mübarək olsun

0
538

Vətən müharibəsi Rüstəm Atakişiyevin dogum günü münasibətilə xatirəsi anılmışdır.

Rüstəm Atakişiyev 2000-ci il dekabrın 24-də Qəbələ rayonunun Tüntül kəndində ailədə anadan olub.

Atası — Zahid Atakişiyev fəhlə, anası — Arifə Atakişiyeva isə xadimə olub. Ailədə 2 bacısı olub. Kasıb ailə olduğlarından Rüstəm Atakişiyev gənc yaşlarından çalışmağa başlayıb. Hərbi təhsil alaraq snayperçi olmağı arzularsa da, ali təhsil ala bilməyib. 2007-2018-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Rüstəm Atakişiyev 2019-cu ilin iyulundan Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Hərbi xidmətinin birinci aylarında digər əsgərlərdən fərqləndiyinə görə hərbi hissə rəhbərliyinin qərarına əsasən xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə snapyer manqasının baş snayperçisi olaraq davam elədi.

Azərbaycan Ordusunun əsgəri olan Rüstəm Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli döyüşləri zamanı yaralansa da, savaşmağa davam edib. Döyüşlər zamanı Ermənistan Ordusunun 10-dan çox hərbçisini məhv edib. Rüstəm Atakişiyev oktyabrın 21-də Şuşa rayonu istiqamətində şəhid olub. Qəbələ rayonunda dəfn olunub.

Tədbirdə Rayon icra hakimiyyəti ,şəhid ailələri qazilər ,təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri Rüstəm Atakişiyevin məzarını ziyarət etmiş,xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Tədbir şəhidin ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin şəhidlərimizə.

Təranə Alməmmədova

İctimai Nəzarət Koalisiyasının
Qəbələ rayon numayəndliyi rəhbəri.